Tramp Zelenskiyə "Tomahawk" tədarüklərinə bel bağlamamağı məsləhət görüb

DÜNYA
20:39 / 21.10.2025
50

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi görüşdə Ukrayna lideri Volodimir Zelenskiyə deyib ki, Ukrayna tezliklə “Tomahawk” raketlərinin ötürülməsini gözləməməlidir.

HİT.az bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir.

“Tramp Zelenskiyə deyib ki, Ukrayna yaxın vaxtlarda uzaqmənzilli “Tomahawk” raketləri alacağını gözləməməlidir”, nəşr yazır.

Qeyd olunur ki, Tramp onun əsas prioritetinin münaqişəyə son qoymaq olduğunu bəyan edib. Görüş zamanı dövlət başçısı Zelenskiyə heç bir konkret ərazi nəticəsinə bağlı olmadığını açıq şəkildə bildirib.

Daha əvvəl "Financial Times" xəbər vermişdi ki, Tramp Ağ Evdə Zelenski ilə görüş zamanı ondan Rusiyanın münaqişənin dayandırılması ilə bağlı şərtlərini qəbul etməyi tələb edib. Qəzetin yazdığına görə, söhbət qızğın olub və dəfələrlə mübahisəyə çevrilib.

FT yazır ki, Tramp bütün Donbasın Moskvaya verilməsində israr edib. Mənbələr həmçinin bildiriblər ki, söhbət zamanı Amerika lideri Kiyevə “Tomahawk” qanadlı raketlərinin satışını təsdiqləməkdən qəti şəkildə imtina edib.

Samir
 

0