Avropa İttifaqının energetika nazirləri Rusiya qazının idxalını tədricən dayandırmağı təsdiq etdikdən sonra Çexiya Slovakiyaya qaz təchizatının sürətləndirilmiş dəstəyini təklif edib.
HİT.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Aİ ölkələri arasında yalnız Macarıstan və Slovakiya enerji təhlükəsizliyinə risklər və qiymətlərin baha olduğunu əsas gətirərək təşəbbüsü dəstəkləməyib.
Çexiyanın Ticarət və Sənaye Naziri Lukaş Vlçek bu narahatlıqları "vacib" adlandırıb, lakin hər iki ölkənin Praqanın etdiyi kimi təchizatı şaxələndirməyə və infrastrukturu modernləşdirməyə hazırlaşmaq üçün kifayət qədər vaxtının olduğunu söyləyib.
Qeyd olunur ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl Çexiya da Rusiya qazından çox asılı idi, lakin Qərb LNG terminallarına investisiya qoymaqla bu asılılığı azaldıb. Texniki cəhətdən hələ də Rusiya qazını idxal etsə də, ölkə Aİ səviyyəsində tam qadağanı dəstəkləyir.
Bratislava və Budapeşt iddia edir ki, onların real alternativ marşrutları yoxdur.
"Rusiya bizə qarşı müharibə aparır və bu müharibəni maliyyələşdirməyə davam etməyin mənası yoxdur. Biz də başqaları kimi bunun texniki cəhətdən mümkün olduğunu iddia etdik. Qərb marşrutları ilə hansı həcmlərin tədarük edilə biləcəyini göstərmək üçün hesablamalarımızı bir daha Avropa Komissiyasına təqdim edəcəyik", deə Vlçek bildirib.
Onun sözlərinə görə, o, Bratislavada keçirilən Avropa Nüvə Forumunda bu təklifi birbaşa Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova ilə müzakirə edib.
"Slovakiyalı həmkarıma dedim: Slovakiyaya daha sıx əməkdaşlığa ehtiyac varsa, Çexiya hazırdır. Slovakiya bizə təşəkkür etdi. Belə bir variant var, lakin təşəbbüs Slovakiyadan gəlməlidir. Əgər belədirsə, biz dərhal hazırıq", - o deyib.
Tarixən qaz Slovakiya vasitəsilə şərqdən qərbə daşınaraq Bratislava tranzit gəlirlərini gətirirdi. Nəşr qeyd edir ki, axının istiqamətinin dəyişdirilməsi iqtisadi vəziyyətin dəyişməsinə gətirib çıxaracaq və Praqa Slovakiyaya tədarük üçün ödəniş almağa başlayacaq.
Samir