Litvanın müdafiə naziri Dovile Şakaliene istefa vermək qərarına gəlib.
HİT.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə məlumat verib.
O, istefa məktubu layihəsi yazdığını və bunu prezident Gitanas Nauseda ilə müzakirə etməyi planlaşdırdığını bildirib.
Nazir vurğulayıb ki, istefa qərarına yenidən baxmaq üçün heç bir əsas yoxdur.
"Hazırda fikrimi dəyişmək üçün heç bir səbəb görmürəm. Baş nazirin və partiya sədrinin etimadı müəyyən bir işi yerinə yetirmək üçün sizə həvalə olunub-olunmayacağınızı müəyyən edir. Güvən olmayan bir mühitdə işləmək imkanını görmürəm", deyə Şakaliene deyib.
Bundan əvvəl müdafiə naziri ilə baş nazir İnqa Ruqiniene arasında münaqişə yaranmışdı. Buna səbəb gələn ilin büdcə layihəsində müdafiəyə ayrılan vəsaitin fərqli qiymətləndirilməsi olub.
Şakaliene bütün ayrılan vəsaitlərin müdafiə məqsədləri üçün istifadə ediləcəyinə və bir hissəsinin müdafiə ilə birbaşa əlaqəli olmayan proqramların maliyyələşdirilməsinə sərf olunacağına şübhə ilə yanaşır. Bu bəyanatdan sonra Ruginiene müdafiə nazirinə etimadı itirdiyini bildirib.
Samir