Finlandiyanın keçmiş prezidenti Sauli Niinisto “Təhlükəsizliyə aparan bütün yollar” adlı yeni kitabında 2012-ci ildən 2024-cü ilə qədər hakimiyyətdə olduğu müddətdə Rusiya lideri Vladimir Putindən aldığı qəribə hədiyyələri xatırladıb.
HİT.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Niinisto bildirib ki, Finlandiyanın suverenliyi haqqında zarafat etmək Putinin sevimli mövzusudur.
2012-ci ildə Sankt-Peterburq İqtisadi Forumunda Putin fəxri qonaqlarına 1845-ci ildə istehsal olunmuş "Madeyra" təklif edib. İnun fikrincə, bu, Putinin Finlandiyanın Rusiyaya məxsus olduğu vaxtlarla bağlı yüksək səslə xatırlatması olub.
"Mən tez stolun ətrafına baxdım və qərara gəldim ki, bu xatırlatma xüsusilə mənim üçündür. Bəli, Finlandiya o zaman Rusiyanın Böyük Hersoqluğu idi", deyə Niinisto kitabda yazır.
Putinin hədiyyələrindən biri də ruslaşdırma illərində Finlandiyada fəallıq göstərən senator Samuel Verner fon Treuilə verilmiş fəxri döş nişanı olub.
Von Treuil çar II Nikolayın ruslaşdırma cəhdlərinə qəti şəkildə qarşı çıxıb. O, narahatlığını o qədər kəskin şəkildə ifadə edib ki, 1899-cu ildə imperatorun əmri ilə ictimai qınaq nişanı alıb.
Putinin Niinistonun 70 illik yubileyinə hədiyyəsi də diqqət çəkir: Mannerheim ailəsinin yazışmaları, o cümlədən marşalın öz məktubları.
Niinisto hədiyyənin tarixini araşdırıb və məlum olub ki, məktublar illər əvvəl Londonda hərraca çıxarılıb.
Hələ 2016-cı ildə onun mətbuat katibindən Putinin hədiyyə etdiyi bu məktubları alıb-almadığını soruşmuşdular.
Samir