Nazir: ABŞ tələblərindən əl çəkməyənə qədər İran danışıqları bərpa etməyəcək

DÜNYA
16:17 / 22.10.2025
46

"Vaşinqton şişirdilmiş tələblərindən əl çəkməyincə, İran nüvə məsələsi ilə bağlı ABŞ ilə danışıqları bərpa etməyəcək".

HİT.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi brifinq zamanı bildirib.

Bundan əvvəl Əraqçi ABŞ prezidentinin elçisi Stiv Uitkoff ilə birbaşa danışıqlara dair xəbərləri təkzib etmişdi. O, İran və ABŞ-ın lazım gəldikdə birbaşa və ya üçüncü tərəflər vasitəsilə məlumat mübadiləsi apara biləcəyini vurğulayıb.

İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə məhv edilib.

İyul ayında ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İran yeni nüvə obyektləri tikmək qərarına gəlsə, onlar da məhv ediləcək. Bu arada İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı və uranın 60%-dən yuxarı zənginləşdirilməsi üzrə işə başlamağı təklif edib.

Samir

0