Meloni: Rusiya aktivlərindən istifadə edərkən beynəlxalq hüquqa riayət edilməlidir

DÜNYA
18:00 / 22.10.2025
59

İtaliyanın baş naziri Corcia Meloni Ukraynaya kredit vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edərkən beynəlxalq qanunlara riayət edilməsinin zəruriliyindən danışıb. 

HİT.az xəbər verir ki, o, bu barədə İtaliya Senatında Avropa İttifaqı sammiti öncəsi bəyanatla çıxış edib.

"Biz hesab edirik ki, beynəlxalq hüquqa və qanunilik prinsipinə hörmət etmək, iqtisadiyyatlarımızın və avrozonanın maliyyə sabitliyini təmin etmək və hər bir addımın davamlılığına zəmanət vermək lazımdır", deyə Meloni vurğulayıb.

İtaliyanın baş naziri qeyd edib ki, bu yanaşma Aİ və Rusiyanın dondurulmuş aktivləri ilə bağlı gələcək tədbirlərlə bağlı G7 müzakirələrinin digər iştirakçıları tərəfindən bölüşdürülür.

Oktyabrın 21-də İqtisadiyyat və Məhsuldarlıq üzrə Avropa komissarı Valdis Dombrovskis elan edib ki, Kanada və Böyük Britaniya öz ərazilərində dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yeni kredit vermək üçün Aİ təşəbbüsündə iştirak etməyə hazırdırlar.

Aİ Euroclear maliyyə agentliyində saxlanılan dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 140 milyard avro faizsiz kredit vermək niyyətindədir. Kredit o şərtlə veriləcək ki, Rusiya dondurulmuş aktivlərdən münaqişə bitdikdən sonra qondarma “müharibə təzminatı”nı ödəmək üçün istifadə etsin.

Samir

0