"Ukraynada müharibəyə son qoymağın yeganə yolu Vladimir Putini döyüş meydanında qalib gəlməyəcəyinə inandırmaqdır".
HİT.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Tramp və Putin arasında yeni sammitə hazırlıq xəbərləri fonunda CNN telekanalının aparıcısı Kristian Amanpura müsahibəsində deyib.
NATO-nun keçmiş baş katibi qeyd edib ki, Rusiya güc nümayiş etdirmək üçün danışmalıdır:
"Ukraynada müharibəyə son qoymağın yeganə yolu Putini döyüş meydanında qalib gələ bilməyəcəyinə inandırmaqdır. Düşünmürəm ki, biz Putini inancını dəyişməyə məcbur edə bilmərik. Onun məqsədi Ukraynaya nəzarət etməkdir. Amma düşünürəm ki, onun hesablamalarını dəyişdirə bilərik ki, o, Ukraynaya nəzarət üçün ödəyəcəyi bədəlin çox yüksək olduğunu başa düşsün".
O əlavə edib ki, bunun yeganə yolu Ukraynaya hərbi dəstək verməkdir, çünki danışıqlar masası arxasında vəziyyət döyüş meydanındakı vəziyyətlə sıx bağlıdır:
"Biz Ukraynaya uzunmüddətli hərbi dəstəyə sadiq olmalıyıq. Yaxşı xəbər ondan ibarətdir ki, ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcəyini açıq şəkildə bəyan etdi, Avropa və NATO-nun digər müttəfiqləri isə ödəməyə hazır olduqlarını açıq şəkildə bildirdilər".
Cəmi bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Budapeştdə Vladimir Putinlə yeni “sülh sammiti” hazırladığını bəyan edib. Ancaq çərşənbə axşamı Ağ Ev kəskin dönüş edib: administrasiyanın rəsmi nümayəndəsi iki prezidentin yaxın gələcəkdə görüşməsi üçün hazırda heç bir plan olmadığını bildirib.
"Atlantic Council" analitik mərkəzinin fikrincə, Vaşinqton getdikcə Putinin güzəştə getməyəcəyini anlayır. Rusiya lideri işğalı “tarixdəki yeri” uğrunda mübarizə kimi qiymətləndirir və uduzmağa gücü çatmaz. Analitiklər qeyd edirlər: "Putin tarixi arenada mümkün olan ən yüksək risklə oynayır və məcbur edilmədikcə heç vaxt güzəştə getməyəcək. Üstəlik, geri çəkilməyə cəsarət etmir".
Samir