"Ukrayna Rusiyaya ərazi güzəştinə getməyə hazır deyil".
HİT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "YouTube"da yayımlanan Brüsseldə keçirilən Avropa Şurasının sammitində deyib.
"Heç bir ərazi güzəşti olmayacaq", deyə Zelenski avropalı jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.
Oktyabrın 20-də “Financial Times” yazıb ki, Donald Tramp Ağ Evdə Zelenski ilə görüşü zamanı ondan Rusiyanın münaqişənin dayandırılması ilə bağlı şərtlərini qəbul etməyi tələb edib.
Qəzetin yazdığına görə, söhbət qızışıb və dəfələrlə mübahisəyə çevrilib: Ağ Ev rəhbəri bütün Donbasın Moskvaya verilməsində israr edib. Nəşrin mənbələri onu da bildiriblər ki, söhbət zamanı Amerika lideri Kiyevə “Tomaqavk” qanadlı raketlərinin satışını təsdiqləməkdən qəti şəkildə imtina edib.
Zelenski daha sonra Ukrayna qoşunlarının qondarma Donetsk Xalq Respublikasının (DXR) ərazisindən çıxarılması ehtimalını rədd edib. Bu, Ukrayna prezidentinin ərazilərini Rusiyaya verməkdən imtinası ilə bağlı ilk bəyanatı deyil. Sentyabrın əvvəlində o vurğulamışdı ki, Kiyev öz ərazilərindən imtina edə bilməz, çünki Donbas güclü müdafiə xəttidir. Zelenskinin sözlərinə görə, Ukrayna belə hədiyyələr verməyəcək.
Samir