Belçika üç şərt yerinə yetirilmədiyi təqdirdə Rusiyanın aktivlərinin müsadirəsinə mane olacaq

DÜNYA
14:52 / 23.10.2025
56

Belçika Rusiyanın dondurulmuş aktivləri hesabına Ukrayna üçün “reparasiya krediti” ilə bağlı qərarın qarşısını almaqla hədələyir və üç mühüm şərtin yerinə yetirilməsini tələb edir. 

HİT.az xəbər verir ki, bu barədə Belçikanın baş naziri Bart de Vever oktyabrın 23-də Aİ liderlərinin sammitindən əvvəl media ilə söhbəti zamanı bildirib.

"Biz ehtiyatlı olmalıyıq ki, Rusiya aktivlərinin dondurulması ilə bağlı istənilən qərar bizim əleyhimizə olmasın", deyəo vurğulayıb.

Birincisi, Belçika Aropa İttiaqı ölkələri arasında hüquqi risklərin tam şəkildə bölüşdürülməsini tələb edir, çünki Belçika Euroclear-da əhəmiyyətli miqdarda Rusiya aktivləri saxlanılır.

İkincisi, vəsaitlərin geri qaytarılmalı olduğu halda zəmanət tələb edir.

Bundan əlavə, Belçika oxşar addımların Rusiya aktivlərinin də yerləşdiyi digər dövlətlər tərəfindən də atılmasını istəyir.

"Əks halda, Rusiyanın müvafiq hərəkətləri yalnız Belçikaya təsir edə bilər və bu, çox ədalətli deyil", deyə Belçikanın baş naziri deyib.

De Vever vurğulayıb ki, bu şərtlər yerinə yetirilməsə, o, təzminat krediti ilə bağlı qərarın qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək. 

Onun sözlərinə görə, belə bir addım ciddi nəticələrə gətirib çıxara bilər - Moskva Avropa şirkətlərinin əmlakını müsadirə etməklə cavab verər və Aİ-nin hərəkətləri özü təhlükəli hüquqi presedent yaradacaq.

"Tarixdə heç vaxt qəbul edilməmiş qərarlar qəbul etmək istəyirsinizsə, hüquqi əsasdan başlamaq lazımdır", deyə Baş nazir qeyd edib.

O, həmçinin xəbərdarlıq edib ki, Avropa səhv addım atsa, Rusiya bunun əvəzində itkilərini Avropa aktivləri ilə kompensasiya etmək imkanı əldə edərsə, Putini cəzalandırmaq əvəzinə ona kömək etmək riski var.

Samir

0