İspaniyada cinayətkar qrup tutuldu: Restoranlardan 1100 stul oğurlayıblar

DÜNYA
18:34 / 23.10.2025
77

İspaniyada restoranlardan 1100-dən çox stul oğurlayan dəstə həbs edilib.

HİT.az xəbər verir ki, bu barədə "Richmond Sentinel" yazıb.

İspaniya polisi bir sıra qeyri-adi oğurluqlarda şübhəli bilinən 7 nəfəri həbs edib: cinayətkar qrup Madrid və onun ətrafındakı restoran və barların açıq oturma yerlərindən stul oğurlayıb.

Milli Polisin məlumatına görə, oğrular avqust və sentyabr aylarında 18 müəssisədən 1100-dən çox stul oğurlayıblar. Soyğunçular gecə saatlarında əməliyyat keçirərək, küçələr boş olarkən stulları aparıblar.

Onların "mebel biznesi"ndən dəyən zərər təxminən 60.000 avro qiymətləndirilir. Polis oğurlanmış stulların təkcə İspaniyada deyil, həm də xaricdə, Mərakeş və Rumıniyada satıldığını müəyyən edib.

Yeddi şübhəlinin hamısı - altı kişi və bir qadın - oğurluqda və cinayət təşkilatında iştirakda ittiham olunurlar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, İspaniyada restoranlar gecələr tez-tez stol və stulları küçələrə qoyurlar. Mebel adətən metal və ya sərt plastikdən hazırlanır və zəncirlərlə bağlanır.

Samir

0