"Dünya güc balansında tarixi dəyişikliklər və geosiyasi rəqabətin güclənməsi ilə üzləşir".
HİT.az-ın məlumatına görə, bunu Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi bildirib.
O, andiçmə mərasimi münasibətilə Dietdəki əsas çıxışında deyib: "Öyrəndiyimiz azad, açıq və sabit dünya nizamı güc balansında tarixi dəyişikliklər və geosiyasi rəqabətin güclənməsi fonunda sınaqdan keçirilir"
Takaiçi dünyanın tam mərkəzində çiçəklənəcək Yaponiya diplomatiyasını dirçəltməyə söz verib.
Sanae Takaiçi tarixdə Yaponiyanın baş naziri vəzifəsini tutan ilk qadın olub. 4 oktyabrda hakim Liberal Demokrat Partiyasının sədri seçkilərində qalib gəlib. Onun siyasi ritorikası Yaponiyanın milli müdafiəsini gücləndirməyə, ənənəvi Yapon dəyərlərini bərpa etməyə və sərt immiqrasiya siyasəti həyata keçirməyə yönəlib. Eyni zamanda, o, bilərəkdən feminist ritorikadan yayınır və gender bərabərliyi hərəkatlarına qarşı çıxdığını açıq şəkildə bildirir.
Samir


