Makron Aİ liderlərini Çinə qarşı ən sərt ticarət tədbirlərini nəzərdən keçirməyə çağırdı

DÜNYA
16:20 / 24.10.2025
46

Fransa prezidenti Emmanuel Makron Avropa İtifaqı liderlərini blokun Çinə qarşı ən sərt ticarət tədbirini tətbiq etməyi təklif edib.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Hesabatda qeyd olunur ki, Makron Pekinin vacib xammal üzərində planlaşdırdığı ixrac nəzarəti ilə bağlı həll yolu tapılmasa, bundan istifadə etməyi təklif edib.

Məsələ ilə tanış olan insanların sözlərinə görə, Fransa lideri bildirib ki, onlar Aİ-nin sözdə anti-məcburiyyət aləti də daxil olmaqla, Çinə təzyiq göstərmək üçün bütün mövcud variantları ölçüb-biçməlidirlər.

Xəbər verildiyi kimi, o, 23 oktyabrda Brüsseldə keçirilən liderlər sammiti zamanı həmkarlarına bu açıqlama ilə müraciət edib və bundan sonra jurnalistlərə danışarkən Pekinin hərəkətlərinin cavab tələb edən "iqtisadi məcburiyyət" təşkil etdiyini qeyd edib.

"Bu, iqtisadi məcburiyyətdir. Biz bunun bizə təsirini görürük və cavab verə bilməliyik", deyə Makron bildirib.

Almaniya kansleri Fridrix Merz sammitdə məcburiyyətlə mübarizə tədbirlərinin müzakirə olunduğunu təsdiqləyib, lakin hələlik heç bir qərar qəbul edilməyib.

Samir
 

0