"ABŞ və Çin birbaşa münaqişəyə təhlükəli dərəcədə yaxındırlar".
HİT.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş milli və qlobal təhlükəsizlik üzrə köməkçisi Erik Rozenbax "The New York Times" (NYT) qəzetində dərc olunmuş məqaləsində yazıb.
Məqalədə 2001-ci ildə Amerika kəşfiyyat təyyarəsi ilə Çin qırıcı təyyarəsi arasında baş verən toqquşma xatırladılıb. İki ölkə arasındakı böhran cəmi on gün sonra həll edilib.
Məqalədə deyilir: "Çin 2001-ci ildə olduğundan daha iddialı və güclü olub ABŞ ilə gərginlik daha da partlayıcı hala gəlib və hər iki tərəfin millətçi təzyiqi ilə daha da artıb".
O, qeyd edib ki, Pekin və Vaşinqton arasında uzun illərdir "orta hərbi təmaslar" mövcuddur, lakin onlar ABŞ və SSRİ-ninki kimi möhkəm təhlükəsizlik sistemlərinin yaradılmasına gətirib çıxarmayıb.
10 oktyabrda ABŞ prezidenti Donald Tramp mövcud tariflərə əlavə olaraq, 1 noyabr tarixindən etibarən Çindən gələn bütün mallara 100% tarif tətbiq olunacağını elan etdi. Amerika lideri həmçinin "kritik proqram təminatı"na ixrac nəzarətinin tətbiq olunduğunu da elan edib. Bu tədbirlər Çinin ticarətdəki "son dərəcə aqressiv mövqeyinə" cavab olaraq təqdim olunur.
Bu qərar, Çinin qlobal bazarın 70%-nə nəzarət etdiyi nadir torpaq metallarının hasilatı və emalı texnologiyalarına ixrac nəzarətinin tətbiqindən sonra qəbul edilib. Trampın açıqlaması ABŞ fond bazarında çöküşə səbəb oldu və bazar kapitallaşmasında 1,65 trilyon dollar itki oldu.
Samir


