"17-dən çox NATO ölkəsi Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) təşəbbüsündə iştirak edir".
HİT.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bu barədə "Telegram" kanalında yazıb.
Mesajında o qeyd edib ki, Avropadakı ABŞ qüvvələrinin komandanı general Aleksandr Qrinkeviç telefon danışığı zamanı ona bu proqrama qoşulan NATO ölkələrinin sayı barədə məlumat verib.
Sırski bildirib ki, bu rəqəm Şimali Atlantika Alyansının 32 üzvünün yarısından çoxdur və siyahının ilkin altı iştirakçı ölkədən - Danimarka, Almaniya, Niderland, Kanada, İsveç və Norveçdən əhəmiyyətli dərəcədə genişlənməsini əks etdirir.
Avqustun 4-də Ukraynanın müdafiə naziri Denis Şmıxal ABŞ və NATO-nun Ukraynanı dəstəkləmək üçün yeni bir mexanizm olan "Ukraynanın prioritet tələbləri siyahısı"nı işə saldığını elan edib. Onun sözlərinə görə, yeni mexanizm NATO üzv dövlətlərinə və tərəfdaşlarına könüllü ianələr vasitəsilə Amerika silah və texnologiyalarının tədarükünü maliyyələşdirməyə imkan verəcək.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ və Aİ-nin Ukraynaya Amerika silahları göndərmək barədə razılığa gəldiyini açıqlamışdı. Bu halda xərcləri Avropa ödəyəcək.
Samir


