Bu ölkə Ukraynanın hərbi xərclərini ödəməkdən imtina etdi

DÜNYA
18:45 / 24.10.2025
56

"Slovakiya Ukraynaya humanitar yardım göstərməyə davam edəcək, lakin hərbi xərcləri öz büdcəsindən ödəməyəcək".

HİT.az xəbər verir ki, bunu Slovakiyanın baş naziru Robert Fiko "Facebook "səhifəsində dərc olunmuş videomüraciətində bildirib.

"Avropa İttifaqı və onun üzv dövlətləri Ukraynaya 177 milyard avro ayırıb. Slovakiya da yardım göstərir, amma yalnız humanitar şəkildə", deyə o bildirib.

Fikonun sözlərinə görə, prinsipə əməl olunmalıdır: Slovakiya Ukraynanın hərbi xərclərini maliyyələşdirməyəcək. O, bu məqsədlər üçün Kiyevə bir qəpik də ayırmayacağını vurğulayıb.

Baş nazir əvvəllər respublikanın tələbləri cümə axşamı planlaşdırılan Avropa İttifaqı sammitinin nəticələrinə daxil edilərsə, Slovakiyanın Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcəyini açıqlamışdı.

O, Avropa Komissiyası Avropada elektrik enerjisi qiymətləri ilə bağlı vəziyyətə həll yolu təklif etməsə, Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyəcəyini bildirib.

Samir
 

0