ABŞ və Çin neft qiymətlərini aşağı saldı: Bu, Rusiyaya nə vəd edir?

DÜNYA
18:30 / 27.10.2025
45

27 oktyabr səhəri neft qiymətləri ABŞ və Çin rəsmilərinin ticarət müqaviləsinin çərçivəsini müəyyənləşdirməsindən sonra düşür. Bəzi analitiklərin fikrincə, bu, Rusiyanın neftinin dünya bazarına çıxışını çətinləşdirəcək.

HİT.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

"Investing" portalının məlumatına görə, Bakı vaxtı ilə saat 13:39-da Brent markalı neft fyuçersləri 59 sent ucuzlaşaraq 64,61 dollar/barel olub. ABŞ WTI neft fyuçersləri isə 55 sent düşərək 60,95 dollar/barel təşkil edib.

ABŞ Maliyyə naziri Skott Bessent 26 oktyabrda bildirib ki, ABŞ və Çin rəsmiləri çox əhəmiyyətli əsas hazırlayıblar. Bu da Prezident Donald Tramp və Prezident Si Szinpinə ticarət əməkdaşlığını bu həftə müzakirə etməyə imkan verəcək.

O əlavə edib ki, ABŞ və Çin arasında razılaşdırılmış ticarət çərçivəsi Çin mallarına 100% ABŞ rüsumunun tətbiqini və Pekinin nadir torpaq metalları ixracına nəzarəti təxirə salmasını əngəlləyəcək. ABŞ prezidenti də naziri ilə eyni optimist əhvalı dəstəkləyib.

“Düşünürəm ki, Çinlə razılaşma əldə edəcəyik… Onlarla sonra Çin və ABŞ-da görüşəcəyik – ya Vaşinqtonda, ya da Mar-a-Lago-da (Donald Trampın iqamətgahı)", deyə Tramp bildirib.

Bazarda fəaliyyət göstərən IG analitiki Toni Sikamor hesab edir ki, razılaşdırılmış ticarət çərçivəsi Rusiyanın ABŞ sanksiyalarına baxmayaraq “kölgə donanması” vasitəsilə nefti ucuz qiymətə satmaq qorxusunu azaldır.

“Ancaq Rusiyanın enerji məhsullarına qarşı sanksiyalar gözləniləndən az təsirli olarsa, bazara artıq təklif təzyiqi geri dönə bilər", deyə "Haitong Securities" analitiki Yan An bildirib.

Samir
 

0