"Moldova Brüssel ilə danışıqlar zamanı Ukrayna ilə Avropa İttifaqına (Aİ) birgə qoşulmaq üçün ayrıca bir paket təklif etməyəcək".
HİT.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bunu "Rock FM" radiosuna verdiyi müsahibədə bildirib.
"Düzgün olan hər iki ölkənin növbəti mərhələyə keçməsi olardı. Avropa Komissiyası hesabatlarında həm Moldova, həm də Ukraynanın öz öhdəliklərini yerinə yetirdiyini və irəliləməli olduqlarını təsdiqləyib. Çox ümid edirəm ki, hər iki ölkənin irəliləməsinə imkan verəcək bir həll yolu tapılacaq", deyə dövlət başçısı bildirib.
Sandu əlavə edib ki, Kişinyov Brüssellə Ukrayna və Moldovanın məhdud əsasda Aİ-yə qoşulacağı ssenarini müzakirə etməyib. Onun sözlərinə görə, Moldova birliyə tam üzv olmaq istəyir.
Samir


