İnsanları qorxudub, nəhəng quşları yeyib: Tarixin ən böyük qartalı...

DÜNYA
15:55 / 28.10.2025
57

Yüz illər əvvəl yırtıcı quşlar nəhəng ölçülərə çata və ciddi təhlükə yarada bilərdi. Onlar mif və əfsanələr üçün ilham mənbəyi olmuş və bu günə qədər danışılır.

HİT.az cəbər verir ki, "BBC Wildlife Magazine" tarixdə ən böyük və ölümcül qartal barədə yazıb. Bu qartal ilə bağlı geniş yayılmış bir mif mövcuddur.

Qeyd olunur ki, tarixdə ən böyük qartal Haast qartalı olub. O, 1445-ci ilə qədər Yeni Zelandiya Cənub Adasında yaşayıb.

Nəşr qeyd edir ki, Haast qartalının çəkisi 18 kiloqrama çatıb. Onun qanadlarının enliyi isə təxminən 3 metr olub.

Haast qartalı Yeni Zelandiya Cənub Adasında ən böyük və ölümcül yırtıcı olub. Onun qidalanma siyahısına ördəklər, quzğunlar, qazlar və 200 kiloqrama qədər çəkisi olan uçmayan moa quşları daxil idi.

Alimlər Haast qartalının qalıqlarını araşdıraraq onun başlarının açıq rəngdə olduğunu müəyyən ediblər. Qeyd olunur ki, bu quşlar qurbanlarını yemək üçün başlarını onların bədənlərinə dərinliklə soxur, qida orqanlarını çıxararaq yeyirdilər.

Maorilərin mifologiyasında qorxunc Puakai quşu haqqında mif geniş yayılıb və bu mif Haast qartalından ilhamlanıb. Maorilər inanırdılar ki, Puakai insanları öldürə və yeyə bilər. Lakin Haast qartalı insanlara hücum etməyib.

Samir
 

0