Rusiya təbliğatçıları müharibə dövründə gəlirlərini xeyli artırıb - Nə qədər qazabıblar?

DÜNYA
17:15 / 28.10.2025
61

Rusiya iqtisadiyyatı tənəzzülə yuvarlandığı bir vaxtda, Rusiyanın təbliğatçı jurnalistlərinin maaşları Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından bəri əhəmiyyətli dərəcədə artıb.

Hit.az “The Insider”ə istinadən xəbər verir ki, aparıcılar Olqa Skabeyeva və onun həyat yoldaşı Yevgeni Popov yaxınlarda Moskva ətrafında 1,89 milyon dollara dəyərində malikanə alıblar.

Rusiya jurnalistlərinin məlumatına görə, Olqa Skabeyevanın aylıq maaşı təxminən 1,85 milyon rubl (təqribən 23,3 min dollar) təşkil edir. Açıq mənbələrə əsasən, 2021-ci ildə onun gəliri ayda təxminən 16 min dollar olub.

Nəşr əlavə edir ki, Skabeyevanın həyat yoldaşı, Rusiya Dövlət Dumasının deputatı Yevgeni Popov 2021-ci il üçün 18,2 milyon rubl (təxminən 229 min dollar) gəlir bəyan edib. Hazırda ona “Rossiya” telekanalı orta hesabla ayda 1,3 milyon rubl (təqribən 16 min dollar) maaş ödəyir. Bundan əlavə, o, Dövlət Dumasından 500 min rubl həcmində əməkhaqqı alır və “Znaniye” cəmiyyətində lektor kimi, həmçinin “WildJam” reklam agentliyində əməkdaşlıqdan əlavə gəlirlər əldə edir.

Müharibə dövründə yalnız aparıcı təbliğatçılar deyil, həm də media rəhbərləri varlanıblar. “Bütün Rusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti”nin (VGTRK) rəhbəri Oleq Dobrodeyvin əmlakı milyardlarla dollarla ölçülür.

Məlumata görə, Dobrodeyvin rəsmi aylıq maaşı cəmi 690 min rubl (təxminən 8,7 min dollar) təşkil edir ki, bu da Skabeyeva və Popovun maaşından azdır. Lakin o, hər rübdə bir dəfə “Milli Reklam Alyansı” MMC-dən 15 milyon rubl (təqribən 189 min dollar) məbləğində ödəniş alır. Oxşar ödənişləri “Birinci Kanal”ın baş direktoru Konstantin Ernst də bir neçə aydan bir əldə edir.

Jurnalistlər müəyyən ediblər ki, “NTV” telekanalının baş direktoru Aleksey Zemski son bir il ərzində orta hesabla ayda 17 milyon rubl (təxminən 214 min dollar) qazanıb.

Bundan əlavə, Rusiya hakimiyyəti Ukraynadan olan və sonradan “Z-təbliğatçı”ya çevrilmiş Tatyana Montyanı “ekstremist” elan edib. Müxalif “SHOTA” layihəsinin məlumatına görə, Montyan Ukraynadan Rusiyaya “Avromaydan” hadisələrindən sonra köçüb və sonradan Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunu fəal şəkildə dəstəkləyib və haqq qazandırıb.

2023-cü ildə o, “Xüsusi olaraq RT üçün” adlı “Telegram” kanalının müəllifi olub. Bir müddət əvvəl o, Rusiya vətəndaşlığı alaraq Moskvada mənzil satın alıb.

Montyan öz yazılarında tez-tez rusların Ukraynanın işğal olunmuş ərazilərindəki davranışını tənqid edib. Bu isə onun digər Z-icma nümayəndələri ilə münaqişələrinə səbəb olub.

Samir

0