Sarkozinin yerləşdirildiyi həbsxananın doluluq səviyyəsi 180 faizdir - KİV

DÜNYA
19:28 / 28.10.2025
53

Fransanın sabiq prezidenti Nikola Sarkozi saxlanılan Parisdəki həbsxana 180 faiz doludur. 

HİT.az xəbər verir ki, bu barədə Fransanın RTL nəşri mənbələrə istinadla məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Fransa qanunvericiliyinə əsasən, yekun hökmü hələ verilməmiş məhbuslara həftədə azı üç dəfə görüş imkanı yaradılmalıdır. "Bu, qismən həbsxananın həddindən artıq doluluğu ilə bağlıdır. Doğrudan da, La Santi həbsxanasının doluluq səviyyəsi 180 faizdir", deyə nəşr qeyd edib.

Bununla belə, həbsxana rəhbərliyi Sarkozi üçün istisna tətbiq edib – o, ailə üzvləri ilə həftədə dörd dəfə görüşə bilər. Bundan əlavə, RTL-in məlumatına görə, onun görüşlərinin müddəti də digər məhbuslarla müqayisədə daha uzundur.

Oktyabrın 21-də Nikola Sarkozi 2007-ci ildəki seçki kampaniyasının Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi işi üzrə beş illik həbs cəzasını çəkmək üçün Paris həbsxanasına gətirilib. O, həbsdən əvvəlki son açıqlamasında dəmir barmaqlıqlar arxasına keçmiş prezident deyil, günahsız insan salınır sözlərini deyib. Siyasətçinin vəkilləri isə onun artıq Milad bayramına qədər azadlığa çıxacağına ümid edirlər.

Samir
 

0