Keyt Middleton uşaqlarına görə əri ilə Braziliyaya səfərini ləğv edib

DÜNYA
20:43 / 28.10.2025
48

Uels şahzadəsi Keyt Middleton uşaqlarına görə şahzadə Uilyamla Braziliyaya səfər etməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

43 yaşlı Uels şahzadəsi 5 noyabrda Rio-de-Janeyroda keçiriləcək “Earthshot Prize” mükafatının təqdimetmə mərasiminə təkbaşına gedəcək. Tədbirdə Böyük Britaniya kralı III Karlın böyük oğlu və onun məsləhətçiləri 1 milyon funt-sterlinq dəyərində mükafat alacaq beş qalibin adını açıqlayacaqlar. Bildirilir ki, Keyt Middleton bu müddətdə uşaqları ilə vaxt keçirəcək və sağlamlığının bərpası üzərində çalışacaq.

Bundan başqa, Uels şahzadəsi Vindzor Böyük parkının yaxınlığında yerləşən və Corcian üslubunda tikilmiş “Forest Lodge” adlı malikanəyə köçməyə hazırlaşır. Təhlükəsizlik səbəbindən kral ailəsinin üzvləri bağın bir hissəsinə girişi məhdudlaşdıracaqlar. Jurnalistlərin məlumatına görə, şahzadə Uilyam və Keyt Middltonun bu qərarı yerli sakinlər arasında narazılıq yaradıb.

Samir

0