Respublikaçı Konqresmen Marjori Teylor Qrin keçmiş prezident Co Baydenin administrasiyasının işçilərini amerikalılara xəyanət etməkdə və ölkə hökumətini kölgədən idarə etməkdə günahlandırıb.
HİT.az xəbər verir ki, bu barədə siyasətçi X sosial media səhifəsində yazıb.
Qrin vurğulayıb ki, Baydeni səhhətinin pisləşməsinə görə günahlandırmır, əksinə, onun işçilərini amerikalılara xəyanət etməkdə günahlandırır. Onun sözlərinə görə, keçmiş prezidentin ətrafı yalan danışıb, səlahiyyətlərindən sui-istifadə edib və hökuməti kölgədən idarə edib.
Siyasətçi qeyd edib ki, o, Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Baydenin köməkçilərinin hərəkətlərini araşdırmaq çağırışını tam dəstəkləyir.
21 oktyabrda Baydenin prostat xərçəngi üçün şüa terapiyasını başa vurduğu bildirilib. 82 yaşlı siyasətçi Filadelfiyadakı xərçəng mərkəzində müalicə alırdı.
Baydenə bu ilin may ayında prostat xərçəngi diaqnozu qoyulub. Xəstəlik aqressivdir və sümüklərinə yayılıb. Həkimlər keçmiş prezidenti sidik problemləri ilə bağlı müayinə etdikdən və prostat vəzində müayinə tələb edən "kiçik bir düyün" aşkar etdikdən sonra diaqnoz qoyulub.
Samir


