Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Ukrayna və Rusiya arasında sülhün əldə olunması üçün xarici vasitəçi lazımdır və bu vasitəçi yalnız ABŞ prezidenti Donald Tramp ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "La Repubblica" yayıb.
Orban bildirib ki, ümid ondan ibarətdir ki, xaricdən gələn, həm ruslarla, həm də ukraynalılarla əlaqəsi olmayan kimsə sülh sazişinə nail olmaq üçün təzyiq göstərəcək.
"Özüm həm ruslarla, həm də ukraynalılarla danışıqlar aparmışam və şəxsi təcrübəmdən bilirəm ki, sülh əldə etmək üçün tərəfləri təkbətək buraxmaq olmaz, bu heç vaxt işləməz. Bizə üçüncü bir iştirakçı lazımdır ki, sülh yolunda müsbət addım ata bilsin. Təəssüf ki, avropalılar imtina etdilər, buna görə yeganə iştirakçı qaldı - Tramp. O, sülh işinə sadiq prezidentdir", deyə Orban qeyd edib.
Orban əlavə edib ki, Tramp ABŞ prezidentləri arasında çox nadir hallarda rast gəlinən biridir.
"Biz çox şanslıyıq ki, belə bir ABŞ prezidentimiz var və onu dəstəkləməliyik. Biz, macarıstılar olaraq bunu edirik və buna görə də yaxşı şanslar var", deyə Orban vurğulayıb.
Samir


