Kanar arxipelaqının tərkib hissəsi olan Fuerteventura adasında, adətən Şimali və Cənubi Amerika sahillərində yaşayan mavi xərçəng aşkar edilib. Bu "işğalçı növ" adanın qərb sahilində - kiçik bir balıqçılıq kəndi olan Puerrito-de-los-Molinos-da müşahidə edilib. Baxmayaraq ki, bu növ əvvəllər də Kanar adalarında görülmüşdü, belə hallar tək-tük olub.
HİT.az xəbər verir ki, bu barədə "Express" yazıb.
Ekoloqlar narahatlıq ifadə edirlər, çünki mavi xərçəng (Callinectes sapidus) yerli dəniz fauna üçün təhlükə yaradır. Bildirilir ki, yetkin fərdlər balıq, molyusk, digər xərçənglər, karides, başayaqlılar və hətta dəniz yosunu ilə qidalanır. Bu o deməkdir ki, "gəlmiş qonaq" ekosistemlərə ciddi ziyan vura bilər, çünki o, son dərəcə uyğunlaşa bilən və yeni mühitlərdə sürətlə yayıla biləndir.
Məqalədə deyilir: "Hal-hazırda xərçəngi Red de Deteccion Temprana de Especies Exóticas (Ekzotik Növlərin Erkən Aşkarlanması Rəsmi Şəbəkəsi) müşahidə edir, hansı ki, onların müəyyən edilməsi, nəzarəti və zərurət olduqda, tam məhv edilməsi ilə məşğuldur".
Qeyd olunur ki, son illərdə Kanar adalarında getdikcə daha tez-tez təhlükəli və ya işğalçı dəniz növlərinin görülməsi qeydə alınır. Onların arasında - həm dəniz sakinləri, həm də insanlar üçün risk yaradan aslan balığı (kəlmə balığı), kirpi balığı və müxtəlif meduza növləri var.
Zəhərli aslan balıqlarının görülməsi səbəbilə bəzi sahil ərazilərində ekoloqlar monitoriği gücləndiriblər, meduzaların toplanması isə bəzən çimərliklərin müvəqqəti bağlanmasına belə səbəb olur.
Bu ilin əvvəlində Santa-Krus-de-Tenerifedəki Las-Teresitas çimərliyində sahil boyu bir neçə Portuqaliya döyüş gəmisinin (Physalia physalis) koloniyası aşkar edildikdən sonra sarı bayraq qaldırılıb. Onun sancması güclü ağrı, əzələ spazmları, ağır hallarda isə hətta sinir və ya ürək sisteminin zədələnməsinə səbəb ola bilər. Çimərlikdə həmçinin istirahət edənləri təhlükəli dəniz faunası barədə xəbərdar edən xüsusi bənövşəyi bayraq da qaldırılıb.
Portuqaliya döyüş gəmisi tez-tez meduza adlansa da, əslində o, sifonofordur - külək və dəniz axınlarının təsiri altında birlikdə hərəkət edən ayrı-ayrı orqanizmlərdən ibarət koloniya.
"Portuqaliya döyüş gəmisi Aralıq dənizinin təbii sakinə deyil, o, Atlantik okeanında, əsasən tropik sularda yaşayır. Lakin müəyyən iqlim şəraitində onu Cəbəllütariq boğazı vasitəsilə Aralıq dənizi sahillərinə aparıla bilər", deyə Aula del Mar Mediterraneo Fondundan izah ediblər.
Samir

