Ukrayna Qərbin dəstəyi olmadan gələn yazadək dözə bilməyəcək.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzetinin köşə yazarı Rodjer Boyes bildirib.
“Mövsüm qışa yaxınlaşdıqca görünür ki, bu, Vladimir Zelenskinin son müdafiə xətti olacaq. Ukraynanın silahlanma, səhiyyə və enerji infrastrukturuna ayrılan maliyyə vəsaitləri tükənir. Qərbin müharibəni davam etdirmək istəyi isə azalır. Müstəqil Kiyevin müdafiəsi artıq əsas strateji prioritetlər sırasında deyil”, deyə məqalədə qeyd olunur.
Müəllifin fikrincə, Ukrayna qarşıdan gələn qışın sonuna qədər yalnız Rusiya aktivlərinin dondurulmuş hissəsinin ona verilməsi halında tab gətirə bilər. Lakin Boyes bunun reallaşmasının çətin olduğunu, Avropa ölkələrinin münaqişədən yorulduğunu vurğulayıb.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Yoxann Vadeful bəyan edib ki, qarşıdakı qış Ukrayna üçün həlledici mərhələ ola bilər. Buna görə də beynəlxalq ictimaiyyətin dəstəyi gücləndirilməlidir. Nazir NATO müttəfiqlərini Ukraynaya “qətiyyətli dəstək” göstərməyə çağırıb.
Samir


