Şahzadə Uilyam əmisi şahzadə Endryunun qızları – şahzadə Beatris və Evgeniyanı atalarına görə hədələyib.
HİT.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.
Jurnalist Emili Meytlis bildirib ki, ötən həftə şahzadə Uilyam əmisi qızları ilə görüşüb. Onun sözlərinə görə, kral III Çarlzın böyük oğlu şahzadələrə ultimatum verib: əgər onlar atalarını "Royal Lodge" malikanəsini boşaltmağa razı sala bilməsələr, kral titullarından məhrum ediləcəklər.
Lakin "The Sun" nəşri bu məlumatı təkzib edib və belə bir görüşün baş vermədiyini iddia edib. Qəzetin mənbəsi əlavə edib ki, şahzadə Uilyamın şahzadələri titullarından məhrum etmək səlahiyyəti yoxdur.
Oktyabrın 17-də şahzadə Endryu pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə hersoq titulundan imtina etdiyini açıqlayıb. Bundan bir neçə gün sonra Böyük Britaniyanın siyasi xadimləri Epşteynin və şahzadə Endryunun zərərçəkmişlərindən biri olan Virciniya Cuffrenin xatirələrinin nəşrindən sonra şahzadəyə "cəmiyyətdən kənar qalmaq" çağırışı ediblər. 2022-ci ildə şahzadə Endryu Cuffre ilə məhkəməyə qədər maliyyə razılaşması əldə edib və bundan sonra hər hansı qanun pozuntusuna yol vermədiyini inkar edib.
Samir


