Tixanovskayanın ofisi Litva-Belarus sərhədini bağlamaq planlarını tənqid etdi

DÜNYA
19:45 / 29.10.2025
54

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın ofisi Litva-Belarus sərhədini bağlamaq planlarını tənqid edib. 

HİT.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Denis Kuçinski "Delfi"yə verdiyi müsahibədə bildirib.

"Milli maraqlarımız sərhədləri açıq saxlamaqdır ki, belaruslular səyahət edə, ünsiyyət qura, qayıda və gedə bilsinlər və Avropadan təcrid olunmasınlar", deyə o bildirib.

Kuçinski əlavə edib ki, şikayət yalnız insanların hərəkətinə qoyulan məhdudiyyətlərlə bağlıdır. Tixanovskayanın malların daşınması və tranziti üçün sərhədin bağlanması qərarına etirazı yoxdur.

Litva prezidenti Gitanas Nausėda bu yaxınlarda Belarus müxalifət lideri Svetlana Tixanovskayanın Litvadan gedə biləcəyini bildirib.

Samir
 

0