Monqolustan Baş naziri Qomboyavin Zandanşatar məsuliyyət müqaviləsini pozduğuna görə Baş nazirin müavini Sainbuyanqiin Amarsaixanı işdən çıxarıb.
HİT.az xəbər verir ki, Monqolustan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Amarsaixan Rusiyadan tədarükün azalması səbəbindən ölkədə benzin qıtlığı ilə bağlı şayiələr yaymaqda şübhəli bilinir.
Baş nazir iddia edib ki, baş nazirin müavini Monqolustan vətəndaşlarını benzin qıtlığı ilə bağlı şayiələr yaymağa təhrik edib. Zandanşatar hökumətin məsələni həll etmək üçün gecə-gündüz çalışdığını aydınlaşdırıb: "Belə fərqli mövqe hökumət üzvləri tərəfindən imzalanmış məsuliyyət müqaviləsini pozur".
Rusiya Monqolustanın benzin, dizel yanacağı və reaktiv yanacaq təchizatının təxminən 99%-ni təşkil edir.
26 oktyabrda Monqolustan Sənaye və Mineral Ehtiyatlar Nazirliyi ictimaiyyəti benzin qıtlığı ilə bağlı yalan şayiələrə görə panikaya düşməməyə çağırıb. Nazirliyin açıqlamasında qeyd olunur ki, Ulan-Batorda 280-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və onlardan 180-dən çoxu normal rejimdə işləyir.
Samir


