Misirdə alimlər nəhəng yırtıcıya bənzəyən, timsah tipli məxluqun qalıqlarını tapdı

DÜNYA
09:59 / 30.10.2025
46

Misirin Qərb səhrasında paleontoloqlar qədim dəniz timsahının yeni növünü aşkar ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "Discoverwildlife" məlumat yayıb. 

Təxmin edilir ki, bu növ təxminən 80 milyon il əvvəl yaşamış və dəniz və sahil mühitlərində yaşayan qədim timsahlar qrupu – dirozavridlərin – ən qədim məlum nümayəndəsidir.

"Məxluqa Wadisuchus kassabi adı verilib. O, 3,5–4 metr uzunluğunda, uzun burunlu və iri, iti dişlərə sahib olub, balıq və tısbağalar kimi ovlarını tutub", deyə məqalədə bildirilir.

Alimlərin sözlərinə görə, bu kəşf, sürünənlərin dinozavrların yox olmasından sonra necə uyğunlaşdığı və müxtəlifləşdiyi barədə anlayışımız üçün böyük əhəmiyyət kəsb edir.

"Wadisuchus kassabi-nin qalıqları Misirin Qərb səhrasında, Harqa və Baris oazislərinin yaxınlığında tapılıb. Onlar iki kəllə hissəsi və iki burun ucu əhatə edir, bu da müxtəlif böyüklükdə dörd fərdi təmsil edir və dirözavridlərin inkişafını nadir halda göstərir", deə Mənsur Universiteti (MUVP) Onurğa Paleontologiyası Mərkəzindən baş müəllif Heşam Salam bildirib.

Tədqiqatın baş müəllifi Sara Seber deyir ki, bu yeni növ, müasir Nil timsahı ilə təxminən eyni ölçüdə olub və digər dirözavridlərdən fərqlənir: "Burunun önündə beş əvəzinə dörd diş, nəfəs almaq üçün burun dəliklərinin burunun üstündə yerləşməsi və çənələrin birləşdiyi burun ucu dərin oyukla fərqlənir".

"Bu xüsusiyyətlər dirözavridlərin dişləmə uyğunlaşmasının mərhələli inkişafını göstərir və onların təkamül tarixində vacib mərhələdir. Yeni növ, dirözavridlərin Afrika mənşəli olduğu iddialarını təkzib edir və göstərir ki, onların müxtəlifləşməsi əvvəlki hesablamalardan daha erkən, təxminən 87–83 milyon il əvvəl başlamışdır, yəni ənənəvi olaraq qəbul olunan Maastrixt dövründən (72–66 milyon il əvvəl) əvvəl", deyə Seber əlavə edir.

Yeni növün adı Wadisuchus kassabi “Wadi” (ərəbcə “çöl, vadı”) sözündən götürülüb – yeni vadinin adını işarə edir və Suchus qədim timsah tanrısı Sobekə hörmət əlamətidir.

"Məhz Wadisuchus-un əhəmiyyəti təkcə bu qeyri-adi timsah qrupunun təkamül tarixini açıqlamasında deyil – bu böyük nailiyyətdir – həm də bizi xatırladır ki, Misirin Qərb səhrası hələ də planetimizin dərin keçmişinə dair sirləri saxlayır. Missiyamız yalnız bu qalıqları tapmaq deyil, həm də fosil baxımından zəngin əraziləri urbanizasiya və kənd təsərrüfatı müdaxiləsindən qorumaqdır. Bu, gələcək nəsillər üçün Misirin irsidir", deyə MUVP-də sürünən və quş fosillərinin kuratoru Belal Salem vurğulayıb.

Samir

0