İsveçin baş naziri Ulf Kristersson 2023-cü ildə qızının Harpsund kənd iqamətgahında keçirdiyi əyləncə ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra sosial mediada tənqid olunub.
HİT.az xəbər verir ki, bu barədə "Sveriges Radio" məlumat yayıb.
Çərşənbə, 29 oktyabr tarixində "Aftonbladet" baş nazirin qızının 2023-cü ildə Harpsund kənd iqamətgahında keçirilən əyləncəsi haqqında bir məqalə dərc edib. Jurnalistlər qeyd ediblər ki, 1952-ci ildə dövlətə təhvil verilən iqamətgah hazırda baş nazir tərəfindən həm şəxsi istifadə, həm də rəsmi qəbullar üçün istifadə olunur. Keçmiş sosial rifah naziri Ardalan Şekarabi də daxil olmaqla müxalifət siyasətçiləri Kristerssonu vəzifəsindən sui-istifadə etməkdə ittiham ediblər.
Lakin hökumət heç bir qanun pozuntusu baş vermədiyini vurğulayıb. Baş nazirin müavininin sözçüsü Hanna Strömberq "Aftonbladet"in nəşrinin baş nazirin qızının şəxsi həyatına müdaxilə etdiyini qeyd edib, xarici ticarət naziri Benjamin Dousa isə siyasətçinin ailəsinin təhlükəsizlik və demokratiya çərçivəsində normal həyat hüququna malik olduğunu bildirib.
Samir


