Əmisi qızları şahzadə Uilyamın təhdidi fonunda Britaniyanı tərk edib

DÜNYA
18:10 / 30.10.2025
59

Şahzadələr Beatris və Yevgeniya şahzadə Uilyamın onları kral titullarından məhrum etməklə hədələməsi şayiələri fonunda Böyük Britaniyanı tərk ediblər.

HİT.az xəbər verir ki, bu barədə "People" yazıb. 

29 oktyabrda şahzadə Beatris Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Gələcək İnvestisiya Təşəbbüsü forumunda şəkil çəkdirib. Şahzadə Endryu qızının tədbirdə məsləhətçi kimi çalışdığı "Liontree" şirkətinin nümayəndəsi kimi iştirak etdiyi güman edilir.

Şahzadə Yevgeniyaya gəlincə, o, Parisdə vaxt keçirir. Onun bir dostu "Instagram"da onların arxa planda Sena çayı və Eyfel qülləsi ilə poza verdikləri şəklini paylaşıb.

Bir gün əvvəl, 2019-cu ildə şahzadə Endryu ilə müsahibəsi sayəsində şöhrət qazanan jurnalist Emili Meytlis şahzadə Uilyamın ötən həftə əmisi qızları ilə görüşdüyünü iddia edib. O, bildirib ki, III Çarlzın böyük oğlu şahzadələrə ultimatum verib: əgər onlar atalarını Kral Lojasından çıxmağa razı salmasalar, kral titullarını itirəcəklər.

Lakin "The Sun" belə bir görüşün baş tutmadığını iddia edir. Bundan əlavə, qəzetin bir mənbəyi iddia edir ki, şahzadə Uilyam şahzadələri titullarından məhrum etmək səlahiyyətinə malik deyil.

Samir

0