Almaniya "Rosneft" aktivləri ilə bağlı ciddi addım atır - "Reuters"

DÜNYA
16:59 / 30.10.2025
46

Almaniya neft nəhənginə qarşı ABŞ sanksiyalarının tətbiqindən sonra "Rosneft"in yerli biznesini milliləşdirmək və sonradan xarici investora satmaq imkanlarını araşdırır.

HİT.az xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətlərinə görə, Almaniya üçün prioritet "Rosneft"in Almaniya bölməsinin ABŞ sanksiyalarından daimi azad edilməsidir, lakin Almaniya rəsmiləri biznesi milliləşdirmək və sonradan xarici investora satmaq imkanlarını nəzərdən keçirirlər. Nəşr xatırladır ki, ABŞ Maliyyə Nazirliyinin Rusiya neft nəhənginin Almaniya bölməsini 2026-cı ilin aprel ayına qədər ABŞ sanksiyalarından azad edən lisenziya verdiyini açıqlayıb.

Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi hökumətin Amerika hakimiyyəti ilə çox intensiv əlaqə saxladığını və verilən lisenziyanın ilk addım olduğunu və gələn ilin aprel ayından sonra belə bir icazənin daha da uzadılması üçün danışıqlar apardıqlarını bildirib.

Jurnalistlər qeyd edirlər ki, Berlin indiyə qədər Moskvaya kompensasiya ödəməli olacağı qorxusu səbəbindən "Rosneft"in yerli aktivlərinə nəzarəti ələ keçirməkdən çəkinib. Nəşr qeyd edir ki, Rusiyada zavodları və digər investisiyaları olan alman şirkətləri Kremlin ən güclü cavab tədbirlərinə məruz qala bilərlər.

Samir
 

0