Hindistan polisi Mumbaydakı aktyorluq studiyasında silahlı şəxs tərəfindən girov saxlanılan 17 azyaşlını azad etmək üçün əməliyyat keçirib.
HİT.az xəbər verir ki, NDTV bu barədə hüquq-mühafizə orqanlarından alınan məlumata istinadən məlumat yayıb.
Hadisə 30 oktyabrda Rohit Arya adlı bir kişi yeni film layihəsi üçün kastinqin keçirildiyi Povaidəki studiyaya girəndə baş verib. Uşaqları üç saat girov saxladıqdan sonra o, müəyyən şərtlərə əməl olunmasını tələb edərək studiyanı yandırmaqla və özünə və girovlara zərər verməklə hədələyib. O, həmçinin müəyyən şəxslərlə ünsiyyətdə israr etdiyi video mesaj da yazıb.
Polisin təcili tədbirləri sayəsində bütün uşaqlar uğurla azad edilib. İlkin məlumatlara görə, silahlı şəxs ruhi xəstəlikdən əziyyət çəkir.
Rohit Arya saxlanılıb və hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Samir


