ABŞ-ın sabiq birinci xanımı, Barak Obamanın həyat yoldaşı Mişel Obama bildirib ki, ağ saçlarını boyamağa davam edir.
HİT.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat verib.
61 yaşlı Mişel Obama etiraf edib ki, yaşlanmanı qəbul edib, amma ağ saçlarını boyamağı dayandırmayıb.
"Mən ağ saçlarımdan qorxmuram, amma onları boyayıram! Mənim anam da belə idi. O, saçlarını sona qədər boyayırdı. Sağlamlığım hər zaman birinci yerdə olub. Nə yediyim, məşqlərim, həkimə müntəzəm getməyim - bunların hamısı mənə bu dövrdən zövq almağa imkan verir. Mən həmişəki kimi həyatsevərəm", deyə Obama bildirib.
Mart ayında Barak Obama xanımı ilə ayrılması barədə söz-söhbətlərə səbəb olmuşdu. Siyasətçi Mişelsiz ictimaiyyət qarşısına çıxmışdı. ABŞ-ın sabiq prezidenti “Klippers”in sahibi Stiv Balmer və onun xanımı Konni Snayder ilə kortda görünüv. Obama “Klippers”in “Detroit Pistons”u 123-115 hesabı ilə məğlub etdiyini izləyib. İzləyicilər bundan sonra Mişellə və Barak Obamanın ayrıldığını bildirmişdi.
Samir

 
										 
										 
										 
										 
										 
										 
										
