Danimarka Arktikada Rusiya ilə mümkün münaqişəyə hazırlaşır - "Bloomberg"

DÜNYA
20:39 / 31.10.2025
70

Son bir ildə Danimarka kəşfiyyat orqanları ritorikalarını dəyişdirərək, Rusiya ilə Şimali Atlantika Alyansı arasında Arktikada münaqişənin artması riskinin əvvəlkindən daha yüksək olduğu barədə xəbərdarlıq ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. 

Oktyabr ayında Danimarka hökuməti Arktika üçün ikinci bir hərbi paket elan edib. Bu paketə Qrenlandiyada əlavə dəniz müdafiə imkanlarına, o cümlədən sualtı qayıqları, eləcə də Arktika gəmilərini və buzqıran gəmiləri izləmək və döyüşmək üçün patrul təyyarələri daxil olmaqla investisiyalar daxildir.

"Biz qarşılaşacağımız gələcək təhlükə ssenarilərini nəzərdən keçiririk", deyə Qrenlandiyadakı Birgə Arktika Komandanlığının rəhbəri Soren Andersen bildirib.

O, Rusiyanı "Arktikada regional supergüc" adlandırıb. Çünki Moskva son onilliklərdə bazalar qurub və hücum qüvvələri yerləşdirib. Anderson hesab edir ki, Ukrayna münaqişəsi bitdikdən sonra Rusiya resursları şimala yönləndirmək və bölgədə yeni silah texnologiyalarından istifadə etmək qərarına gələcək.

Oktyabr ayında "The Wall Street Journal" qəzeti ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirməklə bağlı təhdidləri fonunda Danimarka hakimiyyətinin yeni gəmilər və təyyarələr almaq üçün 8,5 milyard dollar ayırmaq niyyətində olduğunu bildirmişdi.

Samir

0