"Avropa İttifaqı liderləri və Ukraynanı dəstəkləyən müttəfiqləri əslində müharibəni dəstəkləyirlər".
HİT.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, əmindir ki, Avropa ölkələrinin büdcələri hesabına Ukraynaya hərbi və maliyyə yardımı göstərmək Avropadakı vəziyyəti daha da gərginləşdirir və onu tammiqyaslı hərbi münaqişəyə doğru itələyir.
"Müharibə pul tələb edir. Brüssel Ukraynaya pul göndərəndə, bizim də pulumuzu göndərir", deyə hökumət başçısı qeyd edib.
Orban Avropadakı hadisələri I və II Dünya müharibələri ərəfəsində baş verən hadisələrlə müqayisə edib. O, bu vəziyyətdə yeganə müsbət inkişaf kimi sülhməramlı mövqe tutan və Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə çalışan ABŞ prezidenti Donald Trampın seçilməsini göstərib.
23 oktyabrda Tramp rusiyalı həmkarı Vladimir Putinlə Macarıstanda keçirilməsi planlaşdırılan üzbəüz görüşü ləğv etdiyini açıqlayıb. Amerika lideri danışıqların "lazım olanı əldə etməyəcəyini" hiss etdiyini söyləyib. O, həmçinin Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib ki, bu da artıq əmtəə qiymətlərinin artmasına səbəb olub.
Samir
 

 
										 
										 
										 
										 
										 
										 
										
