Kanada öz müasir odlu silahlarının Rusiyaya necə çata biləcəyini anlamaq üçün təhlillər aparır.
HİT.az-ın məlumatına görə, Kanada xarici işlər naziri Anita Anand bunu Ottavada jurnalistlərlə söhbəti zamanı bildirib.
"İdxal və ixrac qanunvericiliyinin hər hansı bir pozulması çox diqqətlə nəzərdən keçiriləcək. Hərbi malların ixracına nəzarət sistemimiz dünyanın ən yaxşı sistemlərindən biridir, ona görə də bu şübhələri çox diqqətlə izləyəcək və araşdıracağıq", deyə Anand Kanada silahlarının Rusiyaya necə çatdığı ilə bağlı sualı cavablandırıb.
O, əlavə edib ki, bu məsələnin araşdırılması artıq başlayıb.
Xatırladaq ki, bu həftə Kanada mediasında Rusiyanın Ukraynaya qarşı müharibədə ən son Kanada odlu silahlarından istifadə etdiyi barədə məlumatlar yayılıb. Tüfənglərin bəziləri böyük ehtimalla döyüş meydanında ruslar tərəfindən ələ keçirilsə də, digərləri yeni olub və əvvəllər açıq şəkildə istifadə edilməyib.
Samir
 

 
										 
										 
										 
										 
										 
										 
										
