ABŞ-də təyyarə təcili eniş etdi - 15 sərnişin xəsarət aldı

DÜNYA
10:00 / 01.11.2025
45

“JetBlue” aviaşirkətinə məxsus təyyarə hündürlüyün kəskin şəkildə azalması səbəbindən Floridada təcili eniş etməli olub.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 15 sərnişin xəstəxanaya yerləşdirilib.

Təyyarənin Meksikanın Kankun şəhərindən ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərinə reys həyata keçirdiyi bildirilir.

162 yerlik “Airbus A320” təyyarəsində neçə nəfərin olduğu barədə məlumat yoxdur.

Təyyarə artıq istismardan çıxarılıb. Hadisənin səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.

0