ABŞ mühüm faydalı qazıntılarla ticarət üzrə qlobal klub yaradır

DÜNYA
19:05 / 03.11.2025
61

ABŞ mühüm faydalı qazıntıların ticarəti üçün beynəlxalq klubun fəaliyyətə başlayacağını açıqlayıb. Bu barədə ABŞ-ın daxili işlər naziri Duq Berqam məlumat verib.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Son həftələrdə ABŞ ölkələr arasında ədalətli ticarəti təmin etmək, həmçinin mühüm mineralların emalı və təmizlənməsi üçün dövlətlərin klub şəklində birləşməsi mexanizmini elan edib”, deyə Berqam bildirib.

Nazir bu bəyanatı Əbu-Dabidə keçirilən “ADIPEC” enerji konfransında səsləndirib. Onun sözlərinə görə, yeni alyansın ilk üzvləri sırasında ABŞ, Yaponiya, Cənubi Koreya, Malayziya, Avstraliya və Tailand yer alacaq.

Xatırladaq ki, 1 may tarixində ABŞ və Ukrayna faydalı qazıntılarla bağlı əməkdaşlıq sazişi imzalamışdı. Sənədə əsasən, ölkələr arasında hasilat sənayesində birgə layihələri dəstəkləmək üçün investisiya fondu yaradılması nəzərdə tutulur. Bu çərçivədə Ukraynanın neft, qaz və digər təbii ehtiyat yataqlarının işlənməsi planlaşdırılır.

“The National Interest” jurnalı yazıb ki, ABŞ-ın Ukrayna ilə razılaşmadan sonra əldə etməyi planlaşdırdığı bəzi minerallar Rusiya ordusunun davam edən hücumları fonunda Rusiyanın nəzarətinə keçib.

Samir

0