Hüseyn Həsənov yenidən axtarışa verildi

DÜNYA
10:12 / 04.11.2025
80

Rusiya hakimiyyəti pulların yuyulmasında şübhəli bilinən azərbaycanlı milyonçu bloqer Hüseyn Həsənovu yenidən axtarışa verib.

HİT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasındakı qeydə əsasən bəlli olub.

Xatırladaq ki, Həsənov mayın 14-də cinayət maddəsi ilə axtarışa verilib. Ona Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndinə uyğun olaraq ("cinayət nəticəsində əldə edilmiş külli miqdarda pulların və ya digər əmlakın leqallaşdırılması (yuyulması)") ittiham irəli sürülüb. Daha sonra bloqerin vəkili Dmitri Kozyaykin Həsənovun Rusiyaya qayıtmaq məsələsini nəzərdən keçirdiyini bildirib.

0