1997-ci ildə İsveçin Furuvik zooparkında Santino adlı şimpanze heyranedici, lakin problemli bir davranış nümayiş etdirməyə başlayıb. O, sübut edib ki, zooparklardakı heyvanların hamısı ziyarətçilərdən məmnun deyil.
HİT.az xəbər verir ki, işçilər 1997-ci ilin yazında ilk dəfə Santinonun ziyarətçilərə daş atdığını müşahidə ediblər. Primatlar üçün əşyalar atmaq adi bir hərəkət olsa da, qəribə olan budur ki, bu şimpanze əlinə nə gəlsə atmırdı.
Məlum olub ki, hər səhər, zoopark bağlı olduqda və ziyarətçilər içəri buxarana, Santino öz açıq səmasında xəndiyi keçib daş toplayıb. Topladığı daşları isə bütün açıq səma boyunca gizlədib.
Nəşr olunan məlumata görə, Santino zooparka ziyarətçilər gəldikdə tez-tez əsəbləşir. Buna görə də yuxarıya, təbəqələrə doğru daş atmağa başlayır.
"İyun 1997-nin əvvəllərində daş atma qəfil tez-tez baş verdi, hətta bir nümayişdə bir neçə atış edildi. Bu, zoopark işçilərini ehtiyat tədbirləri görməyə məcbur etdi", deyə kognitiv zooloq Matias Osvat "Current Biology" jurnalı üçün yazdığı məqalədə bildirib.
Artıq 1998-ci ildə Santinonun daşları tükənməyə başlayıb. Lakin şimpanze "arsenalını" doldurmaq üçün başqa bir yol tapıb.
Məlumata görə, Santino donuq səs eşidənə qədər daşları betona vuruv. Bu, bir çatın olduğunu göstərir və şimpanzeni daha güclü vurmağa, bir parça qopanadək təşviq edib. Sonra primat beton parçalarını yuxarı atmağa başlayıb.
Bu davranış olduqca aqressiv görünə bilər, lakin alimlər bir maraqlı detalı fərq ediblər. Santino nümayişlərinə diqqətlə hazırlaşır və onları əvvəlcədən planlaşdırırmış.
Bundan əlavə, Santinoda hiylə bacarıqları da müşahidə olunub. Primat tez-tez zoopark işçiləri onları tapmasın deyə daş ehtiyatlarını gizlədirmiş.
Samir


