ABŞ-da tarixdə ən parlaq qara dəlik partlayışı qeydə alınıb

DÜNYA
19:43 / 04.11.2025
42

Amerikalı alimlər müşahidələr tarixində ən parlaq qara dəlik partlayışını qeydə alıblar. 

HİT.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi aparılan araşdırmaya istinadla məlumat yayıb.

Məlumata görə, alimlər indiyədək qeydə alınmış ən parlaq fövqəlyaylı qara dəlik partlayışını müşahidə ediblər. Onun işıq gücü təxminən 10 trilyon Günəşin parlaqlığına bərabər olub. Tədqiqatçılar bildiriblər ki, bu hadisə, yəqin ki, iri bir ulduzun qara dəliyə həddən artıq yaxınlaşaraq parçalanması nəticəsində baş verib.

Belə hadisələrin digər mümkün səbəbləri arasında qara dəliyi əhatə edən qızmar qaz disklərindəki nasazlıqlar və ya dolaşmış maqnit sahələrinin təsiri göstərilir.

Partlayış Kaliforniya Texnologiya İnstitutu tərəfindən qeydə alınıb. Alimlər qeyd ediblər ki, ilkin enerji göstəricilərini gördükləri anda baş verənə inanmaqda çətinlik çəkiblər.

Xatırladaq ki, iyun ayında astronomlar "Chandra" rəsədxanası və "VLA" radioteleskopunun köməyi ilə Böyük Partlayışdan cəmi 3 milyard il sonra mövcud olmuş uzaq bir qara dəlikdən fövqəladə güclü enerji axını aşkar etmişdilər. Həmin dövr “kosmik günorta” adlanır və bu zaman qalaktikalarla fövqəlyaylı qara dəliklərin ən sürətli inkişaf mərhələsi baş verib.

Samir
 

0