Çoxsaylı plastik əməliyyatlardan (təxminən 30) sonra "Barbi kuklası" kimi tanınan Barbara Yankavski adlı bloger 2 noyabr tarixində Braziliyanın San-Paulu şəhərinin qərb hissəsində yerləşən Lapa rayonundakı bir taunhausda vəfat edib.
HİT.az bu barədə "Daily Star"a istinadən xəbər verir.
Polis onun ölümünü şübhəli kimi təsnif edib – hal-hazırda hüquq-mühafizə orqanları ekspertizanın nəticələrini gözləyir. Yerli media orqanlarının məlumatına görə, Yankavskinin gözündə zədə və arxasında göyərtlər aşkarlanıb, qızın yatmazdan əvvəl öskürək tutması olub.
Ev sahibi, 51 yaşlı vəkil polisə "Barbi kuklası" ilə bir gün keçirdiyini, onu intim xidmətlər üçün işə götürdüyünü bildirib. Kişi bildirib ki, o, bloger ilə birlikdə narkotik istifadə edib, bundan sonra qız televizor seyr edərkən onun yanında alt paltarda yuxuya gedib.
Vəkilin həmin gün əvvəl orada olan və Yankavskinin ölümündən əvvəl gedən dostu polisə bildirib ki, blogerin gözünə səhər tezdən yıxılarkən zədə dəyib.
Barbara Yankavski ömrü boyu çox sayda plastik əməliyyat keçirib və onlara 42 min funt-sterlinq xərcləyib. Sosial şəbəkələrdə məşhur olduqdan sonra o, televiziya proqramlarında və reklam kampaniyalarında iştirak edib.
Samir


