KİV: Sarkozi həbsxana yeməyindən qorxur və yalnız qatıqla dolanır

DÜNYA
18:06 / 06.11.2025
43

Parisin Sante həbsxanasında saxlanılan keçmiş Fransa prezidenti Nikola Sarkozi həbsxana yeməyindən imtina edir və yalnız qatıqla dolanır. 

HİT.az xəbər verir ki, bu barədə "Le Point" mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir: "Bir çox kamera yoldaşının düşmənçiliyi ilə üzləşdiyinin fərqində olan Sarkozi kamerasına gətirilən yeməklərə toxunmaqdan imtina edir".

Qəzetin məlumatına görə, keçmiş Fransa lideri kiminsə onun yeməyinə tüpürməsindən və ya daha pisindən qorxur. Mənbələr bildirib ki, 21 oktyabrda həbs olunduğu gündən bəri Sarkozi yalnız qatıqla dolanır. Bundan əlavə, keçmiş prezident yemək bişirmək bacarığı olmadığı üçün yemək almaqdan və ya özü hazırlamaqdan imtina edir.

Mənbələrdən biri jurnalistlərə bildirib ki, Sarkozi hətta yumurta qaynatmağı belə bilmir və prinsipcə bunu etməyəcək.

Oktyabrın 21-də Nikola Sarkozi 2007-ci il seçki kampaniyasını Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirdiyi iddiası ilə 5 il həbs cəzasını çəkəcəyi Paris həbsxanasına yollanıb. Siyasətçi həbs olunmazdan əvvəl verdiyi son bəyanatında qeyd edib ki, məhbuslar arxasına keçmiş prezident deyil, günahsız bir şəxs salınır. Onun vəkilləri onun Milad bayramına qədər azad ediləcəyinə əmindirlər. 

Samir

0