Amerikalı milyarder 100 kiloluq qızıl unitazını 10 milyon dollara satır - VİDEO

DÜNYA
22:34 / 07.11.2025
41

Amerikalı iş adamı, milyarder Stiven Koen 100 kiloqramlıq qızıl unitazını "Sotheby's" hərracında 10 milyon dollar başlanğıc qiyməti ilə hərraca çıxarıb.

HİT.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.

Məqalədə deyilir: "Koen konseptual rəssam Maurizio Kattelanın heykəli olan qızıl tualetini 2017-ci ildə bir sənət qalereyasından alıb. Təxminən 10 milyon dollar başlanğıc qiyməti ilə 18 noyabrda hərraca çıxarılacaq".

Potensial alıcılar hərracdan əvvəl əsərə baxa bilərlər, lakin tam funksional olsa da, üzərində oturmaq qadağandır.

Kattelan iki belə unitaz yaradıb. Onlardan biri 2019-cu ildə Uinston Çörçillin baba evi olduğu düşünülən Blenheim Sarayının ərazisindən oğurlanıb. Unitaz heç vaxt tapılmayıb. Onun doğranıb əridildiyi güman edilir.

Samir

 

 

 

0