Britaniyanın BBC yayış şirkəti öz aparıcısını efirdə "hamilə qadınlar" ifadəsi əvəzinə "hamilə qadınlar" ifadəsini işlətdiyinə görə tənqid edib.
HİT.az xəbər verir ki, tamaşaçılar aparıcı barəsində 20-dən çox şikayət təqdim ediblər. Ardınca redaksiya vəziyyəti izah etməyə çalışaraq bildirib ki, aparıcı çıxış mətnini özbaşına dəyişib.
Lakin jurnalistə yönələn hücumlar cəmiyyətin bir hissəsində narazılıq doğurub. BBC bu münasibətinə görə sosial şəbəkələrdə tənqid atəşinə tutulub. Məsələn, jurnalist Pirs Morqan kanalı "acınacaqlı" adlandırıb, “Harri Potter” kitablarının müəllifi Coan Roulinq isə sözügedən aparıcını “indi mənim yeni sevimli aparıcım” adlandırıb. Roulinq əvvəllər də "transgenderlərə qarşı fikirləri" ilə tanınıb.
Xatırladaq ki, 2023-cü ilin martında Coan Roulinq demişdi ki, transgender məsələlərinə dair baxışları “bir çox insanı dərin kədərə salacaq” və bəzi pərəstişkarları onun fikirlərindən narazı qalacaq. 2024-cü ilin dekabrında isə yazıçı bəyan etmişdi ki, “trans uşaqlar mövcud deyil”, çünki “heç bir uşaq yanlış bədəndə doğulmur”.
Samir


