"Təqaüdə çıxmağa" tələsməyən 7 ən qədim təyyarədaşıyıcı - Aralarında "Baku" da var

DÜNYA
21:18 / 12.11.2025
44

Onilliklərdir xidmətdə olmalarına baxmayaraq, bu yeddi dəniz nəhəngi hələ də döyüş növbətçiliyini davam etdirir və göstərir ki, təyyarədaşıyıcısının real “ömür müddəti” illərlə deyil, modernləşmə, texniki xidmət və strateji çevikliklə ölçülür.

Hit.az xəbər verir ki, bu barədə "Wionews" yazır.

Təyyarədaşıyıcılar — insan tərəfindən yaradılmış ən güclü qüvvə proyeksiya alətləridir. Əksər hallarda bu sinif gəmilər bir neçə onillikdən sonra sıradan çıxarılır, lakin bəziləri yarım əsrdən çox xidmət göstərməyə davam edir. Nüvə enerjisi, mütəmadi əsaslı təmir və köklü yeniləmələr sayəsində onlar XXI əsrdə də qorxulu güc olaraq qalırlar.

"USS Nimitz" (ABŞ, 1975) — dünyanın ən qədim nüvə aviadaşıyıcısı olub hələ də aktiv xidmətdədir. Onun konstruksiyası sonrakı bütün Amerika “superdaşıyıcıları” üçün əsas modelə çevrilib.

"USS Dwight D. Eisenhower" (ABŞ, 1977) — ekipajın “Ayк” adlandırdığı bu gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin güc nümayişinin əsas vasitələrindən biridir.

"USS Carl Vinson" (ABŞ, 1982) — İraq, Əfqanıstan və Sakit okean əməliyyatlarını dəstəkləmiş təyyarələri daşıyıb.

"USS Theodore Roosevelt" (ABŞ, 1986) — “Böyük dəyənək” ləqəbli bu təyyarədaşıyıcısı müntəzəm modernləşmələrdən keçərək ABŞ donanmasının əsas elementlərindən biri kimi qalır.

"USS Abraham Lincoln" (ABŞ, 1989) — “köhnə” aviadaşıyıcılar arasında ən müasir hesab olunur; yaxın zamanda böyük yanacaq doldurma və yeniləmə proqramını başa vurub.

"INS Vikramaditya" (Hindistan, 1987/2013) — keçmiş sovet “Baku” gəmisi Hindistana satılaraq yenidən qurulub və indi onun aviadaşıyıcı donanmasının ürəyini təşkil edir.

"Lyaonin" (Çin, 1985/2012) — keçmiş sovet “Varyaq” gəmisinin Çin tərəfindən bərpa və tamamlanmasından sonra o, həm təlim, həm də simvolik aviadaşıyıcı rolunu oynayır.

Bu köhnə aviadaşıyıcılar nostalji üçün deyil, strateji əhəmiyyətlərinə görə xidmətlərini davam etdirirlər. Onların uzunömürlülüyü sənaye gücü, texnoloji uyğunlaşma və siyasi praqmatizmin birləşməsidir. ABŞ, Hindistan və Çin təcrübəsi göstərir ki, bu nəhənglər üçün əsl “təqaüd” yalnız dəniz müharibəsinin dövrü dəyişəndə gələ bilər.

Samir
 

0