Rusiyanın "Lukoil" şirkəti, İsveçrənin "Gunvor" treyderinin "Lukoil International"ı almaq cəhdini ABŞ-nin bloklamasından sonra 14 milyard avro dəyərində aktiv itirmək riski ilə üzləşir.
HİT.az xəbər verir ki, bunu "Financial Times" qəzeti yazır.
"Keçən həftə Vaşinqton, Rusiyanın ən böyük ikinci neft şirkətinə qarşı yeni ABŞ sanksiyaları tətbiq edildikdən sonra "Gunvor" treyderinin 'Lukoil International'ı almaq cəhdini bloklayaraq bildirdi ki, aktivləri idarə etmək üçün Kremlin kuklası "Gunvor"a lisenziya verməyəcək", deyə materialda qeyd olunur.
Qeyd edilir ki, "Lukoil"in öz beynəlxalq aktivlərini satmaq və ya silmək üçün 21 noyabr tarixinə qədər vaxtı var, halbuki qərb şirkətləri rus tərəfi ilə əlaqələri kəsmək barədə Amerika tələbini yerinə yetirmək üçün tələsirlər.
FT-nin rus neft bazarındakı mənbəyinin sözlərinə görə, "Lukoil"in aktivlərini almaq üçün ilkin namizədlərdən bəziləri yenidən cəhd göstərə bilər, lakin şirkətin sahibləri artıq aktivlərinin yerləşdiyi ölkələr tərəfindən mümkə müsadirəyə hazırlaşırlar.
"Gunvor" ilə razılaşmanın bloklanması barədə ABŞ-nin qərarı - şirkət hazırda Moskvayla heç bir əlaqəsi olmadığını inkar edir - "Lukoil"in gələcək perspektivlərini qeyri-müəyyən buraxıb. Beynəlxalq genişlənmə başa çatdıqdan sonra şirkətin daxili bazarda artım üçün məhdud imkanları var və bu bazarı Putinin köhnə müttəfiqi İgor Seçinin rəhbərlik etdiyi "Rosneft" və dövlət "Qazpromneft"i nəzarət edir.
"Financial Times" yazır ki, "Rosneft" nəhayət "Lukoil"i nəzarətə götürməyə cəhd edə bilər. Baxmayaraq ki, Putin indiyə qədər Seçinin rəqibi ələ keçirmək üçün dəfələrlə etdiyi cəhdləri bloklayıb, Rusiyanın enerji bazarının bəzi iştirakçıları hesab edir ki, indi bunun üçün fürsət pəncərəsi açıla bilər.
Nəşrin hesablamalarına görə, "Lukoil"in itirə biləcəyi 14 milyard avro məbləği şirkətin nəzarəti altında olan xarici filialların aktivlərinin minimum dəyərini əks etdirir.
Belə bir itki Ukraynaya tammiqyaslı işğalın başlanğıcından bəri qərb sanksiyalarına məruz qalan rus şirkəti üçün ən ağır zərbə olacaq.
Samir

