Böyük Britaniyada təşkilatlanmış cinayətkar qruplar görünüşcə qanuni dərmanlara oxşayan arıqlama preparatlarını istehsal etməyə başlayıblar. Hakimiyyət orqanları bu tendensiyanı ciddi təhlükə hesab edir.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Dərman və tibbi vasitələrin tənzimlənməsi agentliyi MHRA bildirir ki, bu yeni model yaxın vaxtlarda ortaya çıxıb və agentlik dünyanın hüquq-mühafizə orqanları tarixində ən böyük miqyaslı arıqlama vasitələrinin müsadirə əməliyyatını həyata keçirib.
MHRA-nın cinayət tətbiqi bölməsinin rəhbəri Endi Morlinq bildirib ki, son aylarda aşkar edilən yeni istehsal modeli cinayətkarların qablaşdırma və brendinqə ciddi sərmayə qoyduğunu, məhsulu orijinal kimi satdıqlarını göstərir.
"Bu qeyri-adi modeldir. Müsadirə etdiklərimiz orijinal dərmana bənzəyirdi, lakin tamamilə lisenziyasız və Böyük Britaniyada satış üçün qanunsuz idi. Hazırkı modelləşmə və istehsal gücü səviyyəsi - sənaye miqyasında satış üçün qablaşdırma investisiyaları - şübhəsiz təşkilatlanmış cinayətkarlığın əlamətidir. Buna görə də biz bu modeli kökündən məhv etməyə çalışırıq, onun möhkəmlənməsinin qarşısını almaq istəyirik", deyə Morlinq vurğulayıb.
Morlinq əlavə edib ki, belə "mürəkkəb" məhsul onun bölməsi üçün mühüm problem yaradır.
Northemptondə MHRA ötən ay arıqlama preparatlarının qanunsuz istehsalına aid ilk fabriki aşkarlayıb. Məqalədə bildirilir ki, oradan on minlərlə boş iynə-qələm (şprislə oxşar qurğu) müsadirə edilib, kimyəvi tərkiblər və 2000-dən çox lisenziyasız əvvəlcədən doldurulmuş iynə-qələm tapılıb - həmin qələm və iynələrdə "retatrutid" və "tirzepatid" kimi maddələr olduğu iddia edilir və müştərilərə göndərilməliymiş.
Morlinq qeyd edib ki, araşdırma siyahısında çoxsaylı cinayət təhqiqatları var, lakin onların hamısı cinayət işi səviyyəsində qiymətləndirilmir.
"Biz təhdidin ölçüsünə görə nisbətcil yanaşma tətbiq edirik. Hər bir halda prioritet ictimai təhlükəsizlikdir - məhsulları bazardan çıxarmaq", deyə MHRA-nın cinayət tətbiqi rəhbəri əlavə edib.
Agentlik vurğulayır ki, yeni istehsal modeli istehlakçılarda yanlış təhlükəsizlik hissi yaradır və onlara əsl məhsul aldıqlarını düşündürür. İndiyədək Northempton müsadirəsində götürülən məhsulların tərkibi araşdırılır, lakin agentlik "tərkib barədə ehtimal yürütməməyi" tövsiyə edib.
Morlinq bildirib ki, bu gün bazarda dərman hesab olunan və kosmetik vasitələr arasında sərhəd bulanıqdır. O əlavə edib ki, bir çox salonlar şprislə təqdim olunan bu məhsulları dərman hesab etmədən satır və bunun nəticəsində məhkəmə məsuliyyəti ilə üzləşə bilərlər.
Ekspert qeyd edib ki, aşkar edilmiş istehsal modelləri arasında 2023-cü ilin yazında ortaya çıxan saxta "Mounjaro" və "Wegovy" brendlərinin surətləri də olub. O bildirib:
"Əvvəlki modellərdə insulinin olduğu iynə qələmlərinin etiketləri çıxarılıb. 2024-cü ilin əvvəlində gördüyümüz ikinci model aktiv maddələrin ev şəraitində qarışdırılıb iynə edilməsi üçün toz formasında təchiz edilməsi və ya əvvəlcədən doldurulmuş generik şprislər idi. İndi isə üçüncü model demək olar ki, orijinal brend məhsulla rəqabət aparmağa yönəlib - bu yeni və diqqət tələb edən fenomen... Belə səviyyədə investisiya və incəlik əvvəllər müşahidə edilməmişdi. Bu qlobal təşkilatlanmış cinayətkarlığın işi olub; onlar orijinal dərmana bənzəyirdilər, lakin tamamilə lisenziyasız və Böyük Britaniyada satış üçün qanunsuz idilər".
Samir


