Bu dəniz canlısının bütün bədənində beyni var: Alimlərdən möcüzəvi kəşf

DÜNYA
22:36 / 13.11.2025
38

Berlin Təbiət Tarixi Muzeyindən bioloq Cek Ulrih-Lüterin rəhbərliyi ilə aparılan tədqiqat göstərir ki, dəniz kirpilərinin sinir sistemi çox mürəkkəbdir və bədənin hər yerinə yayılan bir “beyin” kimi fəaliyyət göstərir. Həmçinin, bir qrup bioloq onların sinir sistemində xərçəngkimilərin beyninə bənzərliklər aşkarlayıb.

HİT.az-ın məlumatına görə, tədqiqatda qeyd olunur ki, digər heyvanların əksəriyyətindən fərqli olaraq, beynin və mərkəzi sinir sisteminin başda yerləşdiyi tipik sxem dəniz kirpilərinə aid deyil. 

Alimlər bildirir ki, larva mərhələsində dəniz kirpiləri iki tərəfli simmetriyaya malikdir, insanlara bənzər şəkildə. Lakin böyüdükcə onların bədəni beşqat radikal simmetriya ilə inkişaf edir.

Tədqiqatçılara görə, dəniz kirpilərində ənənəvi mərkəzləşdirilmiş beyin yox, bütün bədən üzrə beyin var. Ən maraqlı kəşflərdən biri isə bu canlıların bədənindəki müxtəlif neyron növlərinin aşkar olunmasıdır. Alimlər bildirirlər ki, bu neyronların bir çoxu xərçəngkimilərin mərkəzi sinir sistemində olan genlərə bənzər genləri ifadə edir.

Həmçinin tədqiqatçılar xərçəngkimilərin beyin funksiyasına cavabdeh olan genlərin dəniz kirpilərinin sinir sistemində də aktiv olduğunu aşkar ediblər. Bu, həmin dəniz canlıları ilə daha tanış neyron arxitekturasına malik heyvanlar arasında təkamül konvergensiyasına işarədir.

Cek Ulrih-Lüter qeyd edib ki, bu hüceyrələr insan retinasındakı fotoreseptorlara çox oxşayır. Maraqlıdır ki, dəniz kirpilərinin bir neçə növ işıq reseptoru var, bu isə onların işığı qəbul etmə qabiliyyətinin alimlərin əvvəlki təxminlərindən daha mürəkkəb olduğunu göstərir.

Samir
 

0